Bakıda “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” mövzusunda dəyirmi  masa keçirilib - FOTOSESSİYA

Bakıda “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” mövzusunda dəyirmi  masa keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 dekabr 2013 09:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə əməkdaşlıq çərçivəsində “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, AQUPDK, Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, QHT nümayəndələri iştirak edib.

A . Sofiyeva çıxışında bildirib ki, il ərzində təbii və texnogen xarakterli fövqəladə hallar, ehtiyatsızlıqdan yaranan məişət hadisələri və bir sıra bədbəxt hadisələr nəticəsində uşaqlar arasında ölüm faktları qeydə alınır: "Bu faktların araşdırılması baş vermiş hallarda daha çox valideyn məsuliyyətsizliyi faktorunu üzə çıxarır və uşaqların təhlükəsizliyin təmin olunmasını, valideynlərin qarşısında duran birinci növbəli məsələ kimi vacib edir".

Tədbirdə həmçinin fövqəladə hallarla bağlı valideyn məsuliyyətsizliyi faktorunun üzə çıxarılması, qeyd olunan istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə kampaniyasının aparılması, eləcə də bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri geniş müzakirə edilib.

Tədbir zamanı Komitə tərəfindən hazırlanmış “Valideyn qayğısı – uşaqların təhlükəsizliyi” mövzusunda təqdimat da nümayiş olunub və mövzu ilə bağlı posterin təqdimatı olub.

Qeyd olunub ki, Komitə müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və qida problemlərinin aradan qaldırılması, uşaqlara diqqətin daha da artırılması istiqamətində müzakirələr keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR