İraqda törədilmiş 2 partlayış nəticəsində azı 6 nəfər ölüb

İraqda törədilmiş 2 partlayış nəticəsində azı 6 nəfər ölüb
# 29 sentyabr 2013 03:15 (UTC +04:00)

Bakı-APA. İraqda törədilmiş 2 partlayış nəticəsində azı 6 nəfər ölüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin və həkimlərin açıqlamasında deyilir. Terror aktlarından biri Tarmii şəhərində baş verib (Bağdaddan 50 km aralı). Partlayıcı qurğular polis və məmurların yaşadığı 4 evin yaxınlığında baş verib. Partlayışlar nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

İkinci partlayış Bağdadın cənub-şərq ətrafında yerləşən bazarda törədilib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin aprelindən bu vaxtadək 4000-dən çox insan qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR