«Ekspressbank»ın illik mənfəəti azalıb

«Ekspressbank»ın illik mənfəəti azalıb
# 28 yanvar 2014 13:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Ekspressbank» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 35,860 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 13,6% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 34,4% artaraq 20,877 mln. manata çatıb.

Bankın hesabatına əsasən, il ərzində bank 10,130 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 3,2% azdır.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 28,163 mln. manat, qeyri-faiz gəlirləri 7,697 mln. manat, faiz xərcləri 5,957 mln. manat, qeyri-faiz xərcləri isə 14,162 mln. manata bərabər olub. Nəticədə, 2013-cü ilin yekununda bankın faiz mənfəəti 19,4% artaraq 22,206 mln. manat, qeyri-faiz zərəri 2,5 dəfə artaraq 6,465 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR