Almaniyada məhkəmə binası önündə atışma baş verib: iki nəfər ölüb

Almaniyada məhkəmə binası önündə atışma baş verib: iki nəfər ölüb
# 24 yanvar 2014 12:52 (UTC +04:00)

Bakı – APA. Almaniyanın Frankfurt şəhərində baş vermiş atışma nəticəsində iki nəfər ölüb.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə məhkəmə binası önündə baş verib.

Yerli polisdən bildiriblər ki, güllə yarası alanlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.

Atəş açmaqda şübhəli bilinən şəxs artıq saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR