Gürcüstanda dələduz vəkil və onunla əlbir olan azərbaycanlı saxlanılıb

Gürcüstanda dələduz vəkil və onunla əlbir olan azərbaycanlı saxlanılıb
# 15 may 2014 14:55 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda dələduzluqla məşğul olan vəkil və onunla əlbir olan azərbaycanlı həbs edilib.

APA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, Kvemo-Kartli prokurorluğunun əməkdaşları külli miqdarda dələduzluq faktı ilə əlaqədar vəkil Georgi Mçedlidzeni və Alik Həmzəyevi saxlayıb.

Prokurorluğun məlumatına görə, G.Mçedlişvili və A.Həmzəyev məhbus ailələrindən aldatma yolu ilə 51 min lari (22 688 manat) məbləğində pul alıblar. Onlar Gürcüstanın Baş Prokurorluğunun köməyi ilə məhbusların prosessual müqavilə əsasında məhkəmə zalından azad olunacaqlarını vəd ediblər.

Məhkəmənin qərarı ilə həbs edilən G.Mçedlidze və A.Həmzəyevi 6 ildən 9 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR