Şəkidə fərdi yaşayış evi yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Fazıl kəndində qeydə alınıb.
Kənd sakini Qasım Bünyat oğlu Nəsibova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaq və eyvandan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar kontruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.