Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,3% enib
# 01 oktyabr 2013 07:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 130 bəndədək, S&P 500 0,6% - 1 682 bəndədək, Nasdaq 0,3% - 3 772 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsi ölkə hökuməti ilə Senat arasında büdcə ilə bağlı fikir ayrılıqları və bunun nəticəsində büdcənin qəbul edilməməsi fonunda baş verib. Qeyd edək ki, bu gün ABŞ-da artıq yeni maliyyə ili başlayıb, büdcə isə hələ də qəbul edilməyib. Bunun ümumi nəticəsində Ağ Evin göstərişi ilə milli təhlükəsizliklə məşğul olanlar istisna olmaqla ölkənin bütün federal büdcə təşkilatlarının fəaliyyəti dayandırılıb.

Avropa fond bazarlarında sentyabrın 30-da FTSE 100 indeksi 0,8% - 6 462 bəndədək, Almaniya DAX-ı 0,8% - 8 594 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 4 143 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 328,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3542 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR