Paşha Bank
Bank Of Baku

ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunub

ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunub
# 14 oktyabr 2026 08:20 (UTC +04:00)

Dünya fond bazarlarında oktyabrın 13-də əsas indekslər üzrə mənfi dinamika üstünlük təşkil edib. ABŞ və Avropada indekslərin əksəriyyəti geriləyib, Asiya-Sakit okean regionunda isə fərqli istiqamətlərdə dəyişikliklər müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 180,45 bənd və ya 0,35% azalaraq 51 670,10 bəndə, “S&P 500” indeksi 1,79 bənd və ya 0,02% geriləyərək 7 805,45 bəndə düşüb. “Nasdaq Composite” indeksi 41,52 bənd və ya 0,15% azalaraq 27 204,38 bənd, “NYSE Composite” indeksi isə 0,02% geriləyərək 23 985 bənd təşkil edib. Kanadanın “S&P/TSX Composite” indeksi isə 319,36 bənd və ya 0,90% artaraq 35 983,98 bəndə yüksəlib.

Avropada da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 0,55% azalaraq 6 167,01 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,06% geriləyərək 10 650,33 bəndə, Almaniyanın “DAX” indeksi isə 0,07% düşərək 25 259,90 bəndə enib. Fransanın “CAC 40” indeksi 0,07% azalaraq 7 827,63 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,39% geriləyərək 19 210,70 bənd olub.

Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunur. Yaponiyanın “Nikkei 225” indeksi 538,99 bənd və ya 0,80% artaraq 68 316,51 bəndə, “TOPIX” indeksi isə 0,02% yüksələrək 4 111,47 bəndə çatıb. Honq-Konqun “Hang Seng” indeksi 0,16% artaraq 24 384,95 bənd təşkil edib. Çinin “CSI 300” indeksi 0,31% azalaraq 4 262,40 bəndə, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,68% geriləyərək 8 724,20 bəndə düşüb. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi 1,44% azalaraq 269,58 bənd olub.

Bazarlardakı enişin əsas səbəbi süni intellekt sektoruna böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar və ABŞ-da inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində ehtiyatlılıq olub. ABŞ-da yarımkeçirici şirkətlərinin səhmləri 2%-dən çox ucuzlaşıb. Bankların rüblük maliyyə nəticələri də investorların gözləntilərini tam doğrultmayıb.

Avropada Çinin yarımkeçirici istehsalında irəliləyişinə dair məlumatlar rəqabət narahatlığını artıraraq texnologiya şirkətlərinin səhmlərində satışlara səbəb olub. Asiyada da süni intellekt şirkətlərinin gələcək qazancı ilə bağlı şübhələr və Yaxın Şərqdəki gərginlik bazarlara təzyiq göstərib. Bununla belə, Yaponiyanın bəzi indekslərində əvvəlki enişlərdən sonra bərpa müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR