Bu il İSB 50 kompensasiya tələbi üzrə 170 min manatdan artıq kompensasiya ödənişi edib

Bu il İSB 50 kompensasiya tələbi üzrə 170 min manatdan artıq kompensasiya ödənişi edib
# 01 sentyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda İcbari Sığorta Bürosu (İSB) tərəfindən 2014-cü ildə sayca 50-ci kompensasiya tələbi üzrə ödəniş həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, büro tərəfindən bu ilin iyunun 1-də Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 142-ci km-də naməlum avtonəqliyyat vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Ümumilikdə bu il ərzində İSB tərəfindən 50 kompensasiya tələbi üzrə 170 376 manat kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR