BP-nin aparıcı iqtisadçısı ARDNŞ-də təqdimat keçirib

BP-nin aparıcı iqtisadçısı ARDNŞ-də təqdimat keçirib
# 22 aprel 2013 15:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisində BP-nin MDB işləri üzrə aparıcı iqtisadçısı Lev Freynkmanla görüş keçirilib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, Dövlət Neft Şirkətində tez-tez dünyanın aparıcı enerji şirkətlərinin iqtisadiyyat üzrə mütəxəssisləri ilə görüşlər keçirilir və bu cür tədbirlər ARDNŞ-in mütəxəssisləri üçün əhəmiyyətlidir.

BP-nin aparıcı iqtisadçısı L.Freynkman «2030-cu ilə qədər dünya energetikasının inkişaf proqnozları» mövzusunda təqdimatla çıxış edib. Təqdimatda əvvəlki illərlə müqayisədə enerji resurslarına olan tələbatın artım tempi, dünyanın müxtəlif regionlarında neft və qazın hasilatı və digər iqtisadi əhəmiyyət kəsb edən məsələlər barədə geniş məlumat verilib. Təqdimat zamanı yaranan suallar BP mütəxəssisi tərəfindən ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR