Mingəçevirlə Qars şəhərlərinin bələdiyyələri arasında əməkdaşlıq protokolu imzalanıb

 Mingəçevirlə Qars şəhərlərinin bələdiyyələri arasında əməkdaşlıq protokolu imzalanıb
# 28 aprel 2013 16:45 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Türkiyənin Qars bələdiyyəsinin sədri Nevzat Bozkuşun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir şəhərinə səfər edib.

APA-nın məlumatına görə, türkiyəli qonaqlar Mingəçevirlə tanış olub, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və bələdiyyə sədri Cavanşir Yusubovla görüşüblər.

Qars və Mingəçevir bələdiyyələri arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Qardaşlaşan bu şəhərlər arasında sosial-iqtisadi, mədəni, təhsil, turizm əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinə, bələdiyyə qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına və əhali arasında dostluq əlaqələrinin qurulmasına böyük önəm veriləcəyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR