Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb

Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb
# 07 sentyabr 2014 04:32 (UTC +04:00)

Bakı-APA. Suriya ordusu “İslam Dövləti”nin Rakka şəhəri ərazisindəki mövqelərinə bir neçə hava zərbəsi endirib. Nəticədə 53 nəfər ölüb, onlardan 31 nəfəri dinc sakindir. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “İnsan hüquqlarının monitorinqi” təşkilatının rəhbəri Rami Abdel Rəhman bildirib.

“Biz 31 dinc sakinin ölüm faktını qeydə aldıq, onlardan 5-i qadın, 3-ü isə uşaqdır”, deyə Rami Abdel Rəhman bildirib.

Ordunun zərbələri nəticəsində daha 15 terrorçunun və 7 naməlum şəxsin öldüyü bildirilir.

Bundan əvvəl Suriya Hərbi-Hava Qüvvələrinin “İslam Dövləti” qruplaşmasının nəzarətindəki Rakka şəhərində fəaliyyət göstərən çörək sexinə zərbə endirməsi nəticəsində azı 25 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR