Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2,4 dəfə artıb

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2,4 dəfə artıb
# 10 oktyabr 2014 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,5 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox əmtəə satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 50,1%-ni qida məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5% bəndi artıb.

Bu ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 mln. manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 91,2%-ni hüquqi şəxslərin, 8,8%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,9%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR