Bu il Azərbaycanın bölgələrində genişzolaqlı internet istifadəçilərinin sayı 19% artıb

Bu il Azərbaycanın bölgələrində genişzolaqlı internet istifadəçilərinin sayı 19% artıb
# 18 aprel 2013 10:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın regionlarında genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 22 min istifadəçi və ya 19% artaraq 136 mini keçib.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda hər 100 ailədən 11,8-i, hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərin istifadəçisidir. Hər 100 abunəçiyə düşən genişzolaqlı xidmət istifadəçilərinin sayına görə Sumqayıt (36,9%) və Gəncədə (30,1%) ən yüksək göstərici qeydə alınıb.


Ötən ay genişzolaqlı internet xidmətlərinin aylıq həcmi 1 mln. manatı keçib. Rayon TKQ-lərdə genişzolaqlı xidmətlərin aylıq həcminin əldə edilən ümumi gəlirdə xüsusi çəkisi 26,2%-ə çatıb (ilin əvvəlində 21,9%). Bu göstəricinin ən yüksək həddi Salyan (41,3%), Füzuli (39,3%) və Şirvan (39,1%) TKQ-lərdə qeydə alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda hər 100 nəfərin 70-i internet, onun 50-i isə genişzolaqlı internet istifadəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR