ABŞ İsrailin raketdən müdafiə sisteminin gücləndirilməsi üçün 225 milyon dollar ayırıb

ABŞ İsrailin raketdən müdafiə sisteminin gücləndirilməsi üçün 225 milyon dollar ayırıb
# 02 avqust 2014 09:08 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ Konqresi İsrailin raketdən müdafiə sisteminin gücləndirilməsi üçün maliyyə yardımının ayrılmasını nəzərdə tutan sənədi təsdiqləyib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, qərara əsasən, İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi üçün 225 milyon dollar ayrılıb.

“Dəmir Qübbə” Qəzzadan atılan raketlərin qarşısını alan sistemdir.

Ağ Evdən müvafiq sənədin prezident Barak Obama tərəfindən təsdiqlənib-təsdiqlənməməsi barədə heç bir şərh verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR