Paşha Bank
Bank Of Baku

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var - YENİLƏNİB

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var - YENİLƏNİB
# 11 iyun 2019 18:04 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan APA-ya verilən məlumatda qeyd olunur ki, iyunun 11-də Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata görə saat 16:40 radələrində Zığ yolunda təxliyə avtomobili 104 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 dövlət nömrə nişanlı avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

***

Saat 17:07

Bakının Xətai rayonu, Zığ şosesində 104 nömrəli marşrut avtobusu qəza törədib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. Qadınlara bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR