Xaçmazda bıçaqlanan 21 yaşlı gənc ölüb

Xaçmazda bıçaqlanan 21 yaşlı gənc ölüb
# 07 mart 2013 07:51 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda bir ay əvvəl bıçaqlanan oğlan ölüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, fevralın 5-də bıçaqlanan Xaçmaz rayonu, Hacılar kənd sakini 1991-ci il təvəllüdlü Bayramov Ümid Ağamirzə oğlu ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Ü. Bayramov Xaçmaz rayonun Xanlıqoba kənd sakini 1991-ci il təvəllüdlü Cəbrayılov Nemət Cəfər oğlu tərəfindən şəxsi münaqişə zəminində bıçaqlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR