Sağlamlıq imkanları məhdud yüz gənc peşə sertifikatı alıb - FOTO

Sağlamlıq imkanları məhdud yüz gənc peşə sertifikatı alıb - <span style="color: red;">FOTO
# 18 sentyabr 2014 08:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirən və buraxılış imtahanından uğurla keçmiş daha bir qrup əlilliyi olan şəxsə peşə sertifikatları təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə cari ilin ötən dövründə 100 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc bu mərkəzdə yeni peşələrə yiyələnərək peşə sertifikatları ilə təmin olunublar. Bununla da onların əmək bazarına çıxışı xeyli asanlaşıb, həmçinin özünüməşğulluq imkanlarına malik olublar. Peşə sertifikatları verilən şəxslərin yeni yiyələndikləri peşələr üzrə qısa müddətdə məşğulluqlarının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompüter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kurslarının təşkil edildiyi mərkəzdə hazırda əlavə olaraq100 nəfərə yaxın əlilliyi olan şəxsə peşələr öyrədilir.

Ötən ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılmış 188 yerlik Ramana Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ölkənin müxtəlif bölgələrindən gəlmiş əlilliyi olan şəxslər dövlət hesabına yataqxana, tibbi xidmət, yeməklə də təmin edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR