Azərbaycanda pensiya-sığorta sisteminin yeni inkişaf konsepsiyası üzrə aparılan məsləhətləşmələr başa çatır

Azərbaycanda pensiya-sığorta sisteminin yeni inkişaf konsepsiyası üzrə aparılan məsləhətləşmələr başa çatır
# 16 aprel 2013 10:30 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondun sədri Səlim Müslümov bəyan edib.

S.Müslümovun sözlərinə görə, məsləhətləşmələrin dördüncü, sonuncu raundunun da bu yaxınlarda keçiriləcəyi gözlənilir və bundan sonra konsepsiyanın layihəsi hökumətə təqdim ediləcək.

Qeyd edək ki, ölkədə pensiya-sığorta sisteminin yeni inkişaf mərhələsində bir sıra mühüm məsələlər öz əksini tapıb. İlk növbədə, əmək pensiyasının baza hissəsinin restruktrizasiyasını aid etmək olar. Əmək pensiyasının baza hissəsinin restruktrizasiyası işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini nəzərdə tutur. Bu isə əmək pensiyalarının gələcəkdə vahid tərkibdə - yalnız fərdi hesablara toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilməsi deməkdir. İkinci mühüm məsələ dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsidir. Belə ki, hazırkı vəziyyətdə dövlətin öhdəlikləri kimi 1992-ci ilin yanvarın 1-dən əvvəlki dövr üçün pensiya hüquqları üzrə formalaşmış məbləğlər və bəzi kateqoriya şəxslərin pensiyasına əlavələr, sığorta-pensiya sisteminin öhdəlikləri kimi isə 1992-ci ildən sonra sosial sığorta əsasında formalaşan bütün öhdəliklər çıxış edir. Bundan əlavə, sosial sığortaya cəlb edilən əməkhaqqına müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi nəzərdə tutulur. Belə ki, müəyyən həddən yuxarı məbləğ üçün ödənilən və fərdi hesablarda pensiya kapitalı kimi qeydə alınan məbləğlərin şərti yığım sistemində saxlanılmaqla pensiyanın sığorta hissəsinin hesablanmasında nəzərə alınması və ya real yığım sisteminə keçirilməklə maliyyə bazarında dövr etdirilərək pensiyanın yığım hissəsinin formalaşmasına yönəldilməsinin vətəndaşın öz seçiminə verilməsi nəzərdə tutulur. Dördüncü məsələ, şərti yığım sistemində könüllü sığortalanmanın tətbiqidir. Bu prosesin, sosial sığortalanması ümumiyyətlə olmayanlara könüllü sığorta haqqı ödəməklə pensiya hüququ əldə etmək imkanı verilməsi və sığortaolunanlara əlavə könüllü sığorta haqqı ödəməklə pensiya kapitalını artırmaq imkanı verilməsi istiqamətlərində reallaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR