Sabiq Roma Papası XVI Benedikt bu gün Vatikana qayıdacaq

Sabiq Roma Papası XVI Benedikt bu gün Vatikana qayıdacaq
# 02 may 2013 08:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Bu ilin fevralın 28-də Roma Katolik Kilsənin rəhbəri vəzifəsindən istefa verən keçmiş Roma Papası XVI Benedikt bu gün Vatikana qayıdacaq. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, bu günə kimi Roma Papasının Kastelqondolfo adlandırılan yay iqamətgahında qalan XVI Benedikt bu gündən etibarən Vatikanın müqəddəs Mariya monastırında yaşayacaq. Bu, Vatikanın tarixində sabiq və hazırkı Roma Papalarının qonşuluqda yaşamasına dair ikinci hadisədir. Son belə fakt 600 il əvvəl qeydə alınıb.

XVI Benedikt jurnalistlərə bildirib ki, ömrün qalan hissəsini qapalı keçirdəcək və vaxtının əsas hissəsini ibadətlərə sərf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR