Sergey Narışkin: “Rusiya ilə İran hesab edirlər ki, tətbiq olunan sanksiyalar təzyiq vasitəsidir”

Sergey Narışkin: “Rusiya ilə İran hesab edirlər ki, tətbiq olunan sanksiyalar təzyiq vasitəsidir”
# 17 noyabr 2014 13:07 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Rusiya və İran hesab edirlər ki, tətbiq olunan sanksiyalar açıq-aşkar təzyiq vasitəsidir”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin İran parlamentinin spikeri Əli Laricani ilə görüş zamanı deyib.

“Sanksiyalar məsələsində bizim ümumi mövqeyimiz var. Bu sanksiyalar iqtisadi və siyasi təzyiq vasitəsindən başqa bir şey deyil. Səbəb İran və Rusiyanın dünyanın müxtəlif ölkələrində münaqişələrə səbəb olan bəzi Qərb dövlətlərinin siyasi xəttinə etiraz etməsidir. Tətbiq olunan bu sanksiyaların beynəlxalq hüquq və Ümumdünya Ticarət Təşkilatının normaları ilə heç bir əlaqəsi yoxdur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR