FİFA-nın sabiq İcraiyyə Komitəsinin üzvü rüşvət aldığını etiraf edib

FİFA-nın sabiq İcraiyyə Komitəsinin üzvü rüşvət aldığını etiraf edib
# 04 iyun 2015 00:38 (UTC +04:00)

Bakı-APA. FİFA-nın sabiq İcraiyyə Komitəsinin üzvü Çak Bleyzer rüşvət aldığını etiraf edib.

APA-nın Sky Sports-a istinadən verdiyi xəbərə görə, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının keçirildiyi ölkə seçilərkən digər FİFA üzvləri ilə birlikdə Cənubi Afrika Respublikasından rüşvət aldığını bildirib.

70 yaşlı ABŞ vətəndaşı Çak Bleyzer 1996-2013-cü illərdə Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) İcraiyyə Komitəsinin üzvü olub.

Qeyd edək ki, bundan əvvəl İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. İyunun 3-də isə qurumun rəhbəri Yozef Blatter FİFA-nın növbəti fövqəladə konqresində təşkilatın prezidenti postundan istefa verəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR