Azərbaycanda pul bazası martda artıb

Azərbaycanda pul bazası martda artıb
# 05 aprel 2013 14:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü il aprelin 1-nə 10 195,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il aprelin 1-nə nisbətən bu göstərici 1 847,4 mln. manat və ya 22,1% artıb.

Eyni zamanda, mart ayında pul bazası 153,0 mln. manat və ya 1,5% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya bankların vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında və s. öhdəliklərini icra edir. Pul bazasının genişlənməsi ölkədə pul təklifinin artmasını əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR