FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin yeni inzibati binasının açılışı olub - FOTOSESSİYA - VİDEO

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin yeni inzibati binasının açılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 dekabr 2014 08:18 (UTC +04:00)

APA-nın məlumatına görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.

Nazir rəmzi açılışı bildirən lenti kəsib.

İdarədə mərtəbələrinin sayı 3-dən çox, hündürlüyü 12 metrdən çox olan yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi üçün ekspertiza rəylərinin verilməsi vahid pəncərə əsasında həyata keçiriləcək.

Yerli icra qurumları yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərini müvafiq sənədlərlə birgə ekspertiza üçün təqdim edəcək.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, FHN Dövlət Yanğın Xidməti, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi, FHN “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis Geoloji Mərkəz, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi “Tikinti və Şəhərsalma Məcəlləsi”nə əsasən layihə sənədlərinə rəy verəcək.

Daha sonra K. Heydərov FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnformasiya Mərkəzi və Dövlət Agentliyinin Mühəndis Təminatı, Texnoloji Həllər və Avadanlıqlar şöbəsinin işi ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR