Xanhüseyn Kazımlı: “Ermənilər İslam dini abidələrini məhv etməklə azərbaycanlılara qarşı nifrətlərini nümayiş etdirirlər” - FOTO - VİDEO

Xanhüseyn Kazımlı: “Ermənilər İslam dini abidələrini məhv etməklə azərbaycanlılara qarşı nifrətlərini nümayiş etdirirlər” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 mart 2015 10:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dövlət qeydiyyatında olan 901 tarixi abidə var. Bunlardan 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli və 13-ü beynəlxalq əhəmiyyətli abidədir. Muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan eksponat və digər əşyaları bura aid etmək olar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, deputat Xanhüseyn Kazımlı bu gün Bakıda keçirilən “İşğal altındakı abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” adlı konfransda bildirib.

Onun sözlərinə görə, bu kateqoriyaya aid 26 muzey, şəkil qalereyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb: “Bir qismi isə Almaniya, Fransaya, ABŞ-ın iri şəhərlərində satışa çıxarılıb, yaxud ermənilər üçün “nüfuzlu” bilinən şəxslərə hədiyyə edilib”.

X.Kazımlı qeyd edib ki, işğal altındakı abidələrdən təxminən 50 ədəd türbə, məscid 67, ziyarətgah 92, 106 ədəd məbəd, 262 xalqımızın tarixini əks etdirən xatirə abidəsi, arxeoloji abidələr 253, qalalar 39 və bu tipdən olan körpülər isə 32 ədəd təşkil edir: “Bunların hər birinin beynəlxalq qiymətləndirmə əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə dəyərləndirilməsi üçün fəaliyyət planı hazırlanıb. Memarlıq abidələri içərisində ermənilər tərəfindən çox dağıntı və tələfatlara məruz qalan İslam dini abidələridir. Bura məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri daxildir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidinin Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 və sairə 63-ü dağıdılıb, 4 məscid isə yararsız hala salınıb. Beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdam Cümə Məscidinin, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını qismən salamat saxlamaq mümkün olub”.

X.Kazımlı bildirib ki, ermənilər dini etiqadlara qarşı daha bir amansızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı nifrətlərini nümayiş etdirirlər: “Onlar qəbiristanlıqların mərmər daşlarını söküb, formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Martuni qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbiristanlıq dağıdılıb, minlərlə qəbirlər tanınmaz hala salınıb”.

İşçi Qrupunun rəhbəri deyib ki, aparılan araşdırmalar nəticəsində Azərbaycanın işğal altındakı ərazilərində dövlət qeydiyyatından kənarda qalmış daha 1500 İslam dini abidələrinin - məscidlər, pirlər, ziyarətgahlar, həmçinin qəbiristanlıq abidələri, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalaların mövcud olduğu məlum olub. Onun sözlərinə görə, əldə informasiyalar sübut edib ki, həmin ərazilərdə İslam dininə məxsus abidələrin erməniləşdirilməsi, xrisitianlaşdırılması istiqamətində işlərin görülməsi davam edir: “Buna misal olaraq Şuşa şəhərində 3, Şuşa-Laçın yolunda Fətiş bulağı ərazisində 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa-Xankəndi yolunda 2, Xankəndi şəhərində 4, Əsgəranda 2 və Ağdamın Şahbulaq qəsrinin yanında 1 erməni kilsələri inşa edilib. Bundan başqa, Laçında 10, Kəlbəcərdə 7, Qubadlıda 3, Zəngilanda 2, Cəbrayılda 3, Füzulidə 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarında isə 15 alban dövrü məbədi təmir edilərək, onlara erməni kilsəsi statusu verilib. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayı 58-ə çatdırılıb. Bu isə faktiki olaraq hazırda indiki Ermənistan Respublikası ərazisində istifadə olunan kilsələrin sayından 2 dəfə çoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR