Kənd Təsərrüfatı Nazirliyi «Elektron nazirlik» yaradır

Kənd Təsərrüfatı Nazirliyi «Elektron nazirlik» yaradır
# 25 aprel 2013 11:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi «Elektron nazirliyin» yaradılması üzrə iş aparır. «APA-Economics»in xəbər verdiyi kimi, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

«Elekron nazirliyin» mahiyyətini açıqlayan nazir qeyd edib ki, burada söhbət ilk növbədə fermerlərin və onların torpaqlarının elektron qeydiyyatından gedir. «Elekron nazirliyin» işə salınmasından sonra qeydiyyatın sadələşməsindən başqa, bütün dövlət orqanlarında və digər aidiyyəti qurumlarda kənd təsərrüfatı üzrə bütün lazımi məlumatı, məsələn, fermer barədə, onun torpaqları, mal-qaranın sayı, subsidiyalar barədə məlumatları elektron şəkildə almaq imkan yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR