Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə əlaqədar torpaqların alqı-satqısını həyata keçirəcək orqan müəyyənləşdirilib

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə əlaqədar torpaqların alqı-satqısını həyata keçirəcək orqan müəyyənləşdirilib
# 09 dekabr 2014 12:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqanın müəyyən edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqan qismində yerli icra hakimiyyəti orqanları müəyyən edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR