ABŞ-da məscid qarşısında naməlum şəxslər müsəlman həkimə atəş açıb

ABŞ-da məscid qarşısında naməlum şəxslər müsəlman həkimə atəş açıb
# 03 iyul 2016 20:01 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) naməlum şəxslər məscidə daxil olan müsəlman həkimi güllələyib.


APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, ixtisasca oftalmoloq olan Arslan Tacamul iki güllə yarası alıb.


Xəstəxanaya çatdırılan həkim əməliyyat olunacaq. Onun həyatına təhlükə olmadığı bildirilir. Törətdikləri əməldən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Qeyd edək ki, bundan əvvəl Florida ştatında məscid yaxınlığında adı açıqlanmayan müsəlman naməlum şəxslər tərəfindən döyülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR