Müsavat rəhbərliyi sabiq müsavatçıların AXCP-yə keçməsinə münasibət bildirib

Müsavat rəhbərliyi sabiq müsavatçıların AXCP-yə keçməsinə münasibət bildirib
# 23 fevral 2015 09:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının Tovuz rayon təşkilatının bir qrup sabiq üzvünün Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulması bizi maraqlandırmır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G. Aslanlı AXCP funksionerlərinin sabiq müsavatçıların bu addımını şişirtməsinə də münasibət bildirib: “Kimin nə söyləməsinin Müsavat Partiyasının işinə, istiqamətinə heç bir aidiyyəti yoxdur. Bu adamlar bizi maraqlandırmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR