Dünya fond bazarlarında əksər səhmlər ucuzlaşıb

Dünya fond bazarlarında əksər səhmlər ucuzlaşıb
# 14 aprel 2015 07:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 17 977,04 bəndədək, S&P 500 0,46% - 2 092,43 bəndədək, NASDAQ 0,15% - 4 988,25 bəndədək ucuzlaşıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,36% - 7 064,30 bəndədək, Almaniya DAX-ı 0,29% - 12 338,73 bəndədək azalıb, Fransa CAC-40-ı 0,26% - 5 254,12 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,08% - 19 889,22 bəndədək, Hang Seng 0,42% - 27 899,52 bəndədək azalıb, Shanghai 0,96% - 4 161,42 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,70 dollar artaraq 1 200 dollara, gümüş isə 0,01 dollar ucuzlaşaraq 16,28 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR