Azərbaycan diasporu Rusiyanın Blaqoveşensk şəhərində ermənilərin abidə ucaltmaq planından narahatdır

Azərbaycan diasporu Rusiyanın Blaqoveşensk şəhərində ermənilərin abidə ucaltmaq planından narahatdır
# 17 aprel 2015 14:33 (UTC +04:00)

Bu barədə APA-ya “Araz” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin sədri Məhəmməd Əsgərov məlumat verib.

Onun sözlərinə görə, son iki ildə Amur vilayətinin erməni icması təxribatçı fəaliyyətlə məşğul olub. “2013-cü ilin 25 sentyabrında Rusiya erməniləri birliyinin Amur vilayəti üzrə bölməsinin himayəsi altında separatçı Dağlıq Qarabağ rejimi adından “Biz və bizim Dağlar” adlı konsert keçirilməli idi. O zaman biz yerli rəhbərliyin köməyi ilə bu konsertin keçirilməsinin və milli zəmində baş verə biləcək münaqişənin qarşısını aldıq”.

M. Əsgərov bildirib ki, çox az vaxt keçdikdən sonra erməni icması növbəti təxribatçı addımlar atmağa başlayıb. Onun sözlərinə görə, onlar “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar vilayətdə “Xaçkar” adlı abidə ucaltmaq istəyirlər: “Son 1 ildə ermənilərin “Xaçkar”ın ucaldılması üçün yer ayrılması barədə çoxsaylı müraciətlərinə baxmayaraq, şəhər və vilayət rəhbərliyi bundan imtina edib. Mən Amur vilayətinin yüksək vəzifəli şəxsləri ilə, o cümlədən vilayət qubernatorunun müavini Valeri Platovla görüşmüşəm. Onlar bildiriblər ki, şəhər və vilayət ərazisində bu abidə ucaldılmayacaq”.

M. Əsgərov qeyd edib ki, Amur vilayəti rəhbərliyinin mənfi cavabından sonra erməni icması başqa vasitəyə əl atıb. Beləki, onlar yerli keşişi ələ alaraq bu yaxınlarda Pravoslav kilsəsinə məxsus ərazidə abidə ucaltmağı planlaşdırırlar: “Biz hesab edirik ki, bu kimi təxribatçı hərəkət regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq”.

M. Əsgərov məsələ ilə bağlı yerli rəhbərliyə, Ümumrusiya Azərbaycan Konqresinin sədri Məmmədbağır Əliyevə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna, Türkiyənin Rusiyadakı səfirliyinə, habelə “AzərRos” Milli-Mədəni Muxtariyyətin sədri Söyün Sadıxova müraciət edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR