Çində pedofil müəllim edam olunub

Çində pedofil müəllim edam olunub
# 29 may 2015 02:49 (UTC +04:00)

Bakı-APA. Çinin Qansu əyalətində 26 uşağı zorlamış pedofil müəllim edam olunub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çində ölüm hökmünə dair qərarları təsdiqləyən Ali Xalq Məhkəməsinin məlumatında bildirilib.

Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunub ki, Li Tsişun adlı müəllim 2011-2012-ci illərdə 4-11 yaşlarında olan 26 uşağa qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verib.

Məlumatda həmçinin daha 4 pedofilə qarşı hökm çıxarıldığı bildirilir. Onlardan daha biri ölüm cəzasına məhkum edilib.

Son zamanlar Çində bu tip cinayətlərin sayının artdığı bildirilir. Belə ki, 2012-2014-cü illərdə bu ölkədə pedofiliya ilə bağlı 7145 cinayət qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR