Robert Prosineçki Çempionlar Liqasında favorit komandanın adını açıqlayıb

Robert Prosineçki Çempionlar Liqasında favorit komandanın adını açıqlayıb
# 27 aprel 2015 13:38 (UTC +04:00)

Bakı – APA. “Çempionlar Liqasında yarımfinala qədər irəliləyən komandalar buna tam layiq idilər. Fikrimcə, yarımfinala ideal “dördlük” yüksəlib”. Bunu apasport.az saytına Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

UEFA Çempionlar Liqasındakı yarımfinal cütlüklərini dəyərləndirən xorvatiyalı mütəxəssis “Yuventus”la “Real”ı çox da şanslı görmür: “Hazırda Avropanın ən güclü 4 klubu mübarizəni davam etdirir. Fikrimcə, “Barselona” – “Bavariya” cütünün qalibi finalın favoriti olacaq. “Real”la “Yuventus” da böyük klublardı. Amma nədənsə, “Barselona” – “Bavariya” oyunlarının qalibini şanslı hesab edirəm”.

Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində “Real” və “Barselona”nın da formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR