Hikmət Çətin: “Enerji məsələsində təhlükəsizlik faktoru çox önəmlidir”

Hikmət Çətin: “Enerji məsələsində təhlükəsizlik faktoru çox önəmlidir”
# 29 aprel 2015 12:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Əksər beynəlxalq qurumların gündəliyində enerji təhlükəsizliyi məsələsi aparıcı yer tutur. 90-cı illərin əvvəllərində Azərbaycan neftinin Avropaya ən qısa yolla çıxarılması üçün ən qısa marşrut Azərbaycan-Ermənistan-Türkiyə xətti idi. Lakin baş verən münaqişə buna imkan vermədi. Ona görə enerji məsələsində təhlükəsizlik faktoru çox önəmlidir”.


APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən III Qlobal Forum çərçivəsində təşkil olunan paneldə çıxış edən Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.

H. Çətin çıxışında bildirib ki, Kipr qazının Türkiyə vasitəsilə Avropaya ötürülməsinə çalışacaqlar: “Kipr qazının Avropaya nəqli üçün ən qısa yol Şimali Kiprdən Türkiyəyə olan yoldur. Mən bu məsələyə nikbin yanaşıram. Bizim yeni seçilmiş prezidentimiz əlindən gələni edəcək ki, həmin boru kəməri Türkiyədən keçsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR