Qazaxıstanda rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşını 5 il həbs cəzası gözləyir

Qazaxıstanda rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşını 5 il həbs cəzası gözləyir
# 04 aprel 2013 14:14 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Aktau (Qazaxıstan) şəhərində Vergi Departamentinin əməkdaşına 15 min təngə (78 AZN) rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşını 5 il həbs cəzası gözləyir.

APA-nın Kazinform.kz-a istinadən xəbərinə görə, inzibati məsuliyyətdən yayınmağa çalışan Azərbaycan vətəndaşı Manqıstau vilayətinin Vergi Departamentinin əməkdaşını rüşvətlə ələ almaq istəyib.

Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və cinayət işi məhkəməyə göndərilib. Azərbaycan vətəndaşını ən azı cərimə, ən çoxu isə 5 il azadlıqdan məhrum olunma cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR