“DəmirBank” karyera yüksəlişi təklif edir

“DəmirBank” karyera yüksəlişi təklif edir
# 15 aprel 2015 07:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Hər zaman işçilərin inkişafa dair ehtiyacları öyrənilir, həmin ehtiyacları qarşılamaq məqsədilə təhsillərini artırmalarına qayğı göstərilir”.

APA-Economics”in verdiyi məlumata görə, bunu “DəmirBank”ın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı deyib.

Onun sözlərinə görə, “DəmirBank” ailəsinə yeni daxil olan işçilərdə ilk növbədə təşəbbüskarlıq, yaradıcılıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlər yüksək olmalıdır: “Bununla yanaşı, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə də fəal işlər həyata keçirilir. Əməkdaşlarımızı hər zaman məmnun etmək bizim əsas hədəflərimizdən biridir”.

“DəmirBank”da işə qəbul siyasətinin əsasını şəffaflıq və obyektivlik prinsipləri təşkil edir. Namizədlərin seçimi üzrə strategiya isə istedadlı, əzmkar, savadlı gənclərlə və peşəkar mütəxəssislərlə əməkdaşlığa əsaslanır.

“DəmirBank” çalışanlarının bilik və bacarıqlarının yüksəldilməsinin yönündə müəyyən tədbirlər gerçəkləşdirməklə yanaşı, onların iş fəaliyyətinin qiymətləndirilməsini də həyata keçirir. Belə ki, bankda beynəlxalq təcrübəyə əsaslanan “İş Fəaliyyətinin İdarə Edilməsi” sisteminin əsası qoylub, bununla da bankın ümumi biznes hədəflərinin fərdi işçi hədəflərinə endirilməsini təmin edən bir sistem yaradılıb. Bu sistemdə həm fərdi işçi səviyyəsində, həm də bütövlükdə bank miqyasında fəaliyyəti təkmilləşdirmək üçün əhəmiyyətli imkanlar mövcuddur.

“DəmirBank”da görülən işlərin qiymətləndirilməsi əsasında müəyyən mükafatlandırma tədbirləri də həyata keçirilir. “DəmirBank”ın mükafatlandırma siyasətinin əsas hədəfi əməkdaşlarının banka bağlılığının artırılmasına və hər bir əməkdaşına fərdi yanaşaraq onların ehtiyaclarının qarşılanmasına istiqamətlənib. Bu yöndə də tədbirlər İnsan Resursları departamentinin “Mükafatlar və motivasiya tədbirlər şöbəsi” tərəfindən gerçəkləşdirilir. Belə ki, bankda kompensasiya və mükafatlar proqramı tətbiq edilir, əməkdaşlara sığorta təminatı, xüsusi kredit güzəştləri, vəzifə icrasının göstəricilərinə əsasən əmək haqqıdan əlavə bonus ödənişləri həyata keçirilir” – İ.Zeynallı belə deyib.

Qeyd edək ki, “DəmirBank”ın maddi mükafatlandırma üzrə strategiyası onun məvacib strukturunda əks etdirilib ki, bu da öz növbəsində bir neçə dərəcədən və hər bir dərəcəyə təyin edilmiş əmək haqqı hədlərindən ibarətdir. Bu sistemin əsas hədəfi məvacib səviyyələrinin daxildə obyektiv, xaricdə isə rəqabətli olmasını təmin edən əmək haqqı strukturlarını inkişaf etdirmək məqsədi ilə sistematik üsullar tətbiq edilməsindən ibarətdir.

“DəmirBank” ailəsinə qoşulmaq istəyənlərə isə İnsan Resursları Departamentinin direktoru bunları tövsiyə edib: “Biz “DəmirBank” ailəsi olaraq potensial namizədlərə bankın mehriban kollektivinə və dinamik korporativ həyatına qoşulmağı təklif edirik. Korporativ ailəmizin bir üzvü olmaq istəyən hər bir şəxsə cari vakansiyalarımız haqqında məlumat almaq üçün bankımızın internet səhifəsinin (www.demirbank.az) müvafiq bölməsində və kütləvi informasiya vasitələrində verilən iş elanlarını izləməyi və uyğun vakansiyalar üzrə müraciət etməyi tövsiyə edirik. Biz əməkdaşlarımıza sadəcə maraqlı və gəlirli iş yeri deyil, peşəkar inkişaf və karyera irəliləyişi imkanı da qazandırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR