Sabah Bakının bəzi mərkəzi küçələrində içməli suyun verilişində fasilələr yaranacaq

Sabah Bakının bəzi mərkəzi küçələrində içməli suyun verilişində fasilələr yaranacaq
# 29 oktyabr 2014 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının bəzi mərkəzi küçələrində içməli suyun verilişində fasilələr yaranacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar oktyabrın 30-da gün ərzində Bülbül prospekti, S. Vurğun, C. Məmmədquluzadə və R. Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR