Azərbaycanın dövlət büdcəsində I rübdə 645 mln. manatlıq profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində I rübdə  645 mln. manatlıq profisit yaranıb
# 24 aprel 2012 08:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin mədaxili 3 487,7 mln. manat, xərcləri 2 843,2 mln. manat olub və nəticədə 644,5 mln. manat məbləğində profisit yaranıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinin mədaxili 98,5% icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 112,6% icra etməklə dövlət büdcəsinə 1 390,4 mln. manat vəsait təmin edib ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 19,8% çoxdur.

Cari ilin I rübündə Dövlət Gömrük Komitəsi proqnoza 100,3% əməl edərək büdcəyə 251,7 mln. manat vəsait təmin edib.

«Hesabat dövründə sair gəlirlərdən nəzərdə tutulan 4,5 mln. manata qarşı büdcəyə 5,8 mln. manat və ya proqnoza nisbətən 28,9% çox vəsait daxil olub. Dövlət Neft Fondundan büdcəyə 1 839,8 mln. manat vəsait transfert edilib», - deyə nazirlikdən bildirilib.

Büdcə xərclərinə gəldikdə isə, 2012-ci ilin I rübündə dövlət büdcəsinin xərcləri 79% icra edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 755,8 mln. manat və ya 36,2% çoxdur: «İqtisadi təsnifata uyğun olaraq hesabat dövründə dövlət büdcəsindən sosialyönümlü xərclərin maliyyələşdirilməsinə 41,4% və ya 1 178,3 mln. manat yönəldilib ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 178,3 mln. manat və ya 17,8% çoxdur».

Nazirlikdən həmçinin bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 2012-ci ilin I rübündə dövlət büdcəsi xərclərindən funksional təsnifata uyğun olaraq sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 437,6 mln. manat və ya 80,1%, sosial müdafiə və sosial təminat xərclərinə 152,2 mln. manat və ya 37,3%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 38,2 mln. manat və ya 29%, ümumi dövlət xidmətləri xərclərinə 37,9 mln. manat və ya 22,9%, iqtisadi fəaliyyətlə bağlı xərclərə 16,1 mln. manat və ya 58,3%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 10,4 mln. manat və ya 32,5%, səhiyyə xərclərinə 9 mln. manat və ya 12,3%, mənzil və kommunal təsərrüfatı xərclərinə 5,5 mln. manat və ya 19,4%, nəqliyyat və rabitə xərclərinə 2,1 mln. manat və ya 19,6% çox vəsait yönəldilib.

«Hesabat dövründə istifadə olunan 984 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 138,6 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturları və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidən qurulmasına, müvafiq avadanlıqların alınmasına və digər sahələrə 845,4 mln. manat vəsait yönəldilib», - deyə nazirlikdən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR