Litva keçmiş SSRİ vətəndaşları üçün tibbi vizalar tətbiq edəcək

Litva keçmiş SSRİ vətəndaşları üçün tibbi vizalar tətbiq edəcək
# 08 avqust 2012 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Litva Xarici İşlər Nazirliyi tərəfindən tibbi vizalar layihəsinə baxılır ki, bu da keçmiş SSRİ vətəndaşlarına Litvada tibbi xidmətlərdən istifadəni sadələşdirə bilər.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislərin fikrincə, bu cür dəyişikliklər həyata keçirilərsə tibbi xidmətlərdən istifadə etmək üçün Litvaya gələn turistlərin sayı artacaq.
Ümumiyyətlə, son zamanlar Litva tibbi turizmə böyük diqqət yetirir və artıq bu öz bəhrəsini verir. Belə ki, 2011-ci ildə Litvaya gələn pasiyentlərə göstərilən xidmətlərin həcmi 2010-cu ilə nisbətən təxminən 300% artıb.
Litvaya müalicə və ya müayinə üçün gələn xaricilər yerli əhalidən təxminən iki dəfə çox vəsait xərcləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR