Balakən rayon sakinindən narkotik vasitə götürülüb

Balakən rayon sakinindən narkotik vasitə götürülüb
# 25 aprel 2012 07:29 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayon sakinindən narkotik vasitə götürülüb. Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
Keçirilmiş tədbir nəticəsində Balakən şəhər sakini, 1974-cü il təvəllüdlü , Abdullayev İlqar Şərabəddin oğlu şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə İ. Abdullayevin üzərinə baxış keçirilən zaman ondan 0,25 qram ağır narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb. Faktla bağlı Balakən RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR