Vergi Məcəlləsinə yeni dəyişikliklər hazırlanır

Vergi Məcəlləsinə yeni dəyişikliklər hazırlanır
# 22 oktyabr 2012 10:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi üçün sahibkarlardan daxil olmuş təklifləri ümumiləşdirərək Vergilər Nazirliyinə təqdim edib. «APA-Economics»in məlumatına görə, bu barədə ASK-nın yaydığı məlumatda bildirilir.

Konfederasiyadan bildirilib ki, Vergilər Nazirliyi ilə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində ASK-nın mütəxəssisləri çalışır və onlar tərəfindən sahibkarlara göstərilən xidmət işi də yaxşılaşdırılıb. Hazırda fəaliyyətdə olan 33 vergi xidmətləri üzrə mərkəzin sayının 50-yə çatdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR