Azərbaycanda hava nəqliyyatı sərnişindaşıma I rübdə 15% artıb

Azərbaycanda hava nəqliyyatı sərnişindaşıma I rübdə 15% artıb
# 01 may 2012 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin I rübündə hava nəqliyyatı ilə 310,7 min nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,6% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 98,5%-i dövlət bölməsinə, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə sərnişin dövriyyəsi 15,4% artaraq 474,3 mln. sərnişin/km təşkil edib.

Hava nəqliyyatı ilə yükdaşımasının həcmi yanvar-martda 0,8% artaraq 10,8 min ton təşkil edib. Yük dövriyyəsi 6,6% azalaraq 48 mln. ton/km təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 5 hava limanı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR