Ramazan Bayramında avtobuslar pulsuz işləyəcək

Ramazan Bayramında avtobuslar pulsuz işləyəcək
# 17 avqust 2012 17:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-Economics. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan Bayramı münasibəti ilə sosial aksiyaya start verib. NİİM-dən «APA-Economics»ə verilən məlumata görə, Ramazan Bayramı günü paytaxtdakı bəzi sərnişin daşıma vasitələrində (avtobuslarda) sərnişinlərdən gediş haqqı alınmayacaq: «Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər. Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək», deyə məlumatda bildirilir.
NİİM-in məlumatında deyilir ki, Mərkəz belə aksiyanı ilk dəfədir ki, həyata keçirilir: «NİİM bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir».
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılmasına 2009-cu ilin aprelindən başlanıb və 2011–ci ilin sonundan Mərkəz fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR