Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib
# 16 avqust 2012 07:00 (UTC +04:00)
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə 11-ci mikrorayon, Koroğlu küçəsində qeydə alınıb. Şəhər sakini, 28 yaşlı Azər Azadovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq əks istiqamətlə hərəkət edən “Hyundai” markalı avtomobilə, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Qəza zamanı dünyasını dəyişən şəxsin dini təriqətlərdən birinin fəallarından olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR