Masallıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Masallıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb
# 06 iyul 2012 09:52 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 6-da gecə saat 04.20 radələrində Masallı-Boradigah şose yolunun rayonun Ərkivan qəsəbəsi ərazindən keçən hissəsində qeydə alınıb. Naməlum avtomobil yolun kənarında dayanmış piyada, Masallının Mahmudavar kənd sakini, 1968-ci il təvəllüdlü Zabil Sabir oğlu Cəbiyevi vuraraq hadisə yerindən qaçıb. Z. Qasımov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda polis hadisə yerindən qaçmış sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR