“İpək yolu”nun Azərbaycan hissəsində müasir poçt və telekommunikasiya şəbəkəsinin qurulmasına başlanılıb

“İpək yolu”nun Azərbaycan hissəsində müasir poçt və telekommunikasiya şəbəkəsinin qurulmasına başlanılıb
# 09 fevral 2012 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «İpək yolu»nun Azərbaycan hissəsində müasir poçt şəbəkəsinin yaradılması istiqamətində işlərə start verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, söhbət Bakı-Qazax istiqamətində yerləşən poçt şöbələrinin daha müasir avadanlıqlarla təchiz edilməklə istifadəçilərə müasir poçt və telefon danışıq xidmətlərinin göstərilməsindən gedir. «Azərpoçt» MMC-nin bu xətt üzrə 13 poçt şöbəsi və 4 mübadilə məntəqəsi yerləşir.

Qeyd edək ki, «İpək yolu»nun üzərində Ucar, Yevlax, Goranboy, Şəmkir poçt filiallarının poçt mübadilə məntəqələri yerləşir. Bu mübadilə məntəqələrində adıçəkilən rayonlarla yanaşı, ətraf rayonların da poçt mübadiləsi aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR