Su hövzəsində batan 16 yaşlı oğlanın meyiti tapılıb

Su hövzəsində batan 16 yaşlı oğlanın meyiti tapılıb
# 16 iyun 2012 16:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Quba rayonu Digah kəndi ərazisindəki su hövzəsinə batan 1996-cı il təvəllüdlü Məlikməmədov Nicat Elçin oğlunun axtarışları başa çatıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, N. Məlikməmmədovun meyiti nazirliyin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 18:11-də başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR