Xəzəryanı ölkələr dəniz mühitinin qorunmasına dair çərçivə sazişinə 3 yeni Protokol hazırlayırlar

Xəzəryanı ölkələr dəniz mühitinin qorunmasına dair çərçivə sazişinə 3 yeni Protokol hazırlayırlar
# 12 aprel 2012 10:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.

“Bunlar transsərhəd kontekstində ətraf mühitə təsirə dair Protokol, biomüxtəlifliyin qorunmasına dair Protokol, qurudakı fəaliyyətlə əlaqədar Xəzər dənizinin çirkləndirməkdən qorumağa dair Protokoldur. Bundan başqa sahilyanı ölkələr bioresursların qorunması və rasional istifadəsinə dair beynəlxalq müqavilələrini, həmçinin dənizin hidrometeorologiyasına da sənədləri nəzərdən keçirirlər”.

Səfir bildirib ki Xəzərin hüquqi statusuna dair danışıqlarda müəyyən irəliləyişlər var. Qeyd edək ki, artıq bu məsələ ilə bağlı 3 sammit keçirilib, növbəti sammitin bu il Rusiyada keçirilməsi nəzərdə tutulsa da, dəqiq tarix müəyyənləşməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR