NATO-nun layihə meneceri Devid Toundrou gələn həftə Bakıya gələcək

NATO-nun layihə meneceri Devid Toundrou gələn həftə Bakıya gələcək
# 03 mart 2012 09:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) layihə meneceri Devid Toundrou martın 5-də Bakıya gələcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

EOD əməliyyatları üzrə mütəxəssisi Pərviz Gidayevin APA-ya verdiyi məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində D.Toundrou həyata keçirilməsi planlaşdırılan «Ceyrançöl» layihəsi üzrə görüləcək işlərə dair müzakirələr aparacaq, hazırlıq və planlaşdırma işləri ilə tanış olacaq.

Qeyd edək ki, Ceyrançöl sahəsində əməliyyatlara martın sonlarından başlanması planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR