Göyçay sakini dəm qazından zəhərlənib

Göyçay sakini dəm qazından zəhərlənib
# 22 mart 2012 06:42 (UTC +04:00)
Göyçay Elvin Yaqubov-APA. Göyçay şəhər sakini dəm qazından zəhərlənib. Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhərin R. Rza küçəsi 155 saylı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Davudov Fərid İlqar oğlu zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

F. Davudovun hamamda çimərkən kustar üsulla quraşdırılmış qızdırıcının nasazlığı səbəbindən zəhərləndiyi ehtimal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR